Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Aləmzar Kazımovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Kazımova səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Kazımova iki qadını Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoymaqda təqsirləndirilir. İstintaq orqanı tərəfindən A.Kazımovaya Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan olunub.