Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub

Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edilib.

Partiyanın mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin əmri ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib.

Qeyd edək ki, YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, partiya sədri İlham Əliyevin sərəncamı ilə Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.