Mehriban qonşuluq ölkəmizin əsas istəyidir

Oktyabrın 8-də Gürcüstana sayca 11-ci səfəri zamanı Prezident cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında ölkələrimizin möhkəm dostulq və əməkdaşlıq əlaqələrinə malik olmasından geniş bəhs etdi. Ölkə və xalqlarımızın dostluq əlaqələrinin güclənməsində Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin də xüsusi xidmətləri olmuşdur. Azərbaycan-Gürcüstan əlaqələri hər bir sahədə dostluq münasibətlərinə əsaslanır. Həmçinin ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri vardır. Hər iki ölkənin qanunverici orqanlarında birgə işçi qrupları mövcuddur. Ölkəmizlə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. Siyasi-diplomatik münasibətlər ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına böyüş imkanlar yaradıb. Belə ki, iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını ötüb, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib. Azərbaycanda 815 Gürcüstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 533-nün fəaliyyəti aktivdir. Ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və sair irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin  reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

Tbilisidə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında  Prezident cənab İlham Əliyev də ölkələrimizin həm enerji, həm də nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var. Ölkələrimizin birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. Prezident cənab İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək. Bütün bu layihələr isə ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə hesablanmışdır.

Prezident cənab İlham Əliyev mətbuata bəyanatında  xüsusilə qeyd etdi ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Məhz ölkəmiz üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində öz ərazi bütövlüyünü, keçən ay isə bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. Hazırda bütün regionun inkişafı üçün yeni şans yaranıb və bu şansı əldən vermək böyük səhv olar. Odur ki, regionun digər ölkəsi olan Ermənistan sülhdə maraqlı olarsa Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranar, ölkələr əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri