Məktəblərdə qızılcaya görə temperatur ölçülür

Qızılca ilə əlaqədar artıq məktəblərdə şagirdlərin temperaturu ölçülür.

Sabahinfo.az xəbər verir ki bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir deyib ki, hazırki rəqəmlər iki şeyi deyir:

"Birincisi, pandemiya təhlükəsi görmürük. Sadəcə ayrı-ayrı məktəblərdə müəyyən problemlər var. İkincisi, valideyinlər tərəfindən uşaqlar peyvəndə cəlb olunarsa, belə problemlərin də həcmi az olar". 

Məktəblərin qızılcaya görə distant təhsilə keçməsi ilə bağlı məsələyə toxunan nazir deyib ki, bu, gündə və saatda dəyişən məsələdir.