Meşə yanğınlarının növbəti ünvanı-İSPANİYA

İspaniyanın ən yüksək dağlıq əyaləti olan Avilanın Navalmoral de la Syerra bələdiyyəsində 12 min hektar meşə sahəsini məhv edən yanğın baş verib. Yanğın səkkiz şəhərin evakuasiyasına səbəb olub.

Ekoloji keçid məsələləri üzrə nazir Teresa Riberanın sözlərinə görə, burada üç amil - region üçün rekord həddə temperatur (40 dərəcəyə yaxın), 30 faizdən az olan rütubət və saatda 45 kilometrdən 60 kilometrə qədər davamlı küləklər bir araya gəlib. Meşə yanğınları qlobal istiləşmənin Aralıq dənizi iqlimi olan ölkələrdə iqlim dəyişikliyinin ən dramatik nəticələrindən biridir.