Metro qatarının “soyuqqanlı sərnişin”i sosial şəbəkələrdə gündəm oldu - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində metronun sərnişinləri qeyri-adi qonaqla - nəhəng pitonla səyahət etmək şansı əldə ediblər. Görüntüləri şahidlərdən biri çəkib.

Videoda sərnişinlərin ilandan qorxmadığı, əksinə ona maraqla baxdığı əks olunub.

Bununla belə “soyuqqanlı sərnişin”in ora necə düşdüyü barədə məlumat verilməyib.

Kadrlar sosial şəbəkələrdə çoxlu müzakirələrə səbəb olub. Sərnişinlərin nəhəng sürünənə qarşı qeyri-adi sakit reaksiyası isə hər kəsi xüsusilə təəccübləndirib.