İyul ayı üçün nəzərdə tutulan növbəti səyyar görüş Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsinin ərazisində yerləşən M.H.Naxçıvani və C.Qaryağdıoğlu küçələrinin sakinləri ilə baş tutdu.
Sakinlər sosial, məşğulluq və digər gündəlik həyatda qarşılaşdıqları məsələlərlə bağlı müraciətlər etdilər.
Qaldırılan məsələlərin bir qismi yerindəcə operativ şəkildə həll olundu. Həlli müəyyən vaxt və prosedur tələb edən müraciətlər isə qeydə alındı.
Göydəniz Qəhrəmanov
Milli Məclisin deputatı