Millət vəkili Hicran Hüseynovanın nümayəndəsi  əhidimizin ailəsini ziyarət edib - FOTO

Sumqayıt şəhərində Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidimizin ailəsinə gedilmişdir. Bugün həmçinin şəhidimiz Quliyev Natiq Ramiz oğlunun doğum günüdür, şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik.

Şəhidimizin ailəsi işğalçı Ermənistan ordusu üzərindəki tarixi qələbədən, bu qələbədə şəhidlik zirvəsinə ucalan vətən oğullarının gösdərdikləri şücaətdən, oğullarının vətənə, torpağa bağlı olan sevgisindən danışıblar.Şəhidimiz döyüş bölgəsində düşməni hədəfində tutmuş və bir çox erməni əsgərini məfh etmişdir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Millət vəkili Hicran Hüseynovanın nümayəndəsi . Şəhidlərimizə Allahdan rəhmət diləyib, ruhları qarşısında qürur və ehtiram hissi ilə baş əydiklərini bildiriblər. Bugünümüzü onlara borcluyuq, hər zaman ailələrin yanında olacaqlarını bildiriblər. Ailə üzvlərinin qayğıları ilə maraqlanıb, onların daim diqqətdə olacaqlarını bildiriblər.

Şəhidimizin ailəsi Silahlı Qüvvələrimizin şərəfli döyüş yolundan danışıb, onları ziyarət etdikləri üçün təşəkkürlərini bildiriblər. Dövlət başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər.