Millət vəkili yüksək nəticə göstərən məzunu diqqətdən kənarda qoymadı

Sumqayıt şəhər 41 saylı birinci seçki dairəsinin Millət vəkili Hicran Hüseynova bu il qəbul imtahanında III ixtisas qrupu üzrə ən yüksək nəticə (680 bal) göstərən Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbin məzunu Fuad Quliyevi təbrik ediblər.

Millət vəkili Fuad Quliyevin əldə etdiyi uğur münasibəti ilə təbrik edib, ona xoş arzularını çatdırıblar, gələcək həyatında uğurlar arzulayıblar.

Son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışılıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.

Bildirilib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.

Qeyd olunub ki, Sumqayıt məktəbliləri hər il qəbul imtahanlarında, eləcə də müxtəlif olimpiada və müsabiqələrdə aktiv iştirak edərək yüksək nəticələr göstərirlər.

Fuad Quliyev ona göstərilən diqqətə görə təşəkkürünü çatdırıb, bundan sonrakı fəaliyyətində də ona bəslənən ümidləri doğruldacaqlarına söz verib.

Sonda qəbul imtahanında yüksək nəticə göstərən Fuad Quliyevə təşəkkürnamə, hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.