Millət vəkilinin qızının toyunda karantin qaydaları pozulub?

Sosial şəbəkələrdə millət vəkili, bəstəkar Novruz Aslanın qızının toyunda karantin qaydalarının pozulmasına dair xəbərlər və foto yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin foto sözügedən toyda çəkilməyib:

"Bütün şadlıq evlərində olduğu kimi, həmin toyda da monitorinq aparılıb. Toy məclisində Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara zidd hər hansı bir fakt və ya pozuntu aşkar edilməyib. Sosial şəbəkələrdə yayılan foto həmin toyda çəkilməyib".