Milli Elmlər Akademiyasında islahatlar zamanın tələbidir

Elmin inkişafı hər bir dövlətin əsas siyasi prioritetidir. Elm olmadan inkişaf olmaz. Azərbaycanda da elmin inkişafı ilə bağlı konseptual addımlar atılır. Elmlər Akademiyası kimi nəhəng elm ocağımız var. Ancaq çox təəssüf ki, bu elm ocağında elmin inkişafı bir yana siyasi proseslərə kölgə salmaq, Milli Məclisin fəaliyyətini aşağılamaq kimi çıxışlar cəmiyyətdə fikirlərin haçalanmasına yol açıb. İndiki həssas məqamda belə bir addımın atılması düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.  
 

Azərbaycan Milli Elmlər Akademiyasında çox ciddi böhran yaşanmaqdadır. Bu elm ocağı ilə bağlı elektron KİV-lərdə yayılan məlumatlar təəssüf doğurur. Bütün bunlar onu deməyə əsas verir ki, elmin inkişafı üçün bu mötəbər qurumda islahatların həyata keçirilməsi zərurətə çevrilib.  

Akademik bəyanat yayıb və qeyd edib ki, “açıq-aşkar sifariş mahiyyəti daşıyan”, “diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa hesablanmış” , “avtobus, yaxud cib müxalifəti”, “özünü buraxmış Parlament”, “Milli Məclisin ənənəvi növbətçi trolları”, “saxta deputatlar” və sair bu kimi fikirlər radikal müxalifətin siyasi leksikonu ilə tam uyğunluq təşkil edir, ondan heç nə ilə fərqlənmir.

Etiraf etmək lazımdır ki, VI çağırış Milli Məclis deputatları seçicilərlə daha dərindən əməkdaşlıq edirlər. Qanunların verdiyi imkanlardan başqa sosial şəbəkələrdə aktiv olan Millət vəkilləri sosial şəbəkə vasitəsi ilə onlara ünvanlanan müraciətlərə dərhal reaksiya verir, onların həlli istiqamətində aidiyyatı qurumlara müraciətlər edirlər. 
VI çağırış Milli məclis deputatlarının belə aktiv fəaliyyəti təbii ki, dövlətimizə və dövlətçiliyimizə qənim kəsilənləri ciddi narahat edir. Məhz bu səbəbdən hər addımında deputatları gözdən salma, sosial şəbəkədə freyk-profillər vasitəsi ilə müəyyən qarayaxma kompaniyası həyata keçirirlər. Aradan keçən müddət ərzində biz onu müşahidə edirik ki, bu kimi insanların məkirli siyasəti nəticəsiz qalıb. O üzdən nəinki deputatlar hətta siyasi elitanın üzdə olan füqurları hədəf alınır....  
Sonda isə onu qeyd etmək istəyərdim ki, idarəetmə sistemində həyata keçirilən islahatlar adından Milli sözünü daşıyan, ancaq bugünkü fəaliyyəti ilə Milliliyimizə xidmət etməyən Milli Elmlər Akademiyasında da həyata keçilsin. Bu islahatın elmimizin inkişafına mühüm töhfə verəcəyi sübhə doğurmur. 
 

İltizam Yusifov
Milli Məclisin deputatı