Milli Məclis sədrinin müavini Prezident İlham Əliyevi təbrik edib

Milli Məclis sədrinin müavini Adil Əliyev feysbuk səhifəsində Prezident İlham Əliyevin doğum günü münasibətilə təbrik edib.

Təbrikdə qeyd edilib:

“Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizin lideri, ordumuzun Ali Baş Komandanı kimi yeni nailiyyətlər, yeni zirvələr fəth etməyi arzulayıram! Bütün xalqımız fəxr edir ki, Siz 60 illik yubileyinizi Qarabağı, Şərqi Zəngəzur və Şuşanı azad etmiş Müzəffər Ali Baş Komandan, ölkəmizin beynəlxalq səviyyədə strateji dəyərini yüksəltmiş, ərazi bütövlüyümüzü bərpa etmiş rəhbər kimi qeyd edirsiniz. Allahdan Sizə uzun ömür, can sağlığı, Vətənimiz naminə görəcəyiniz yeni-yeni işlərdə müvəfəqiyyət arzu edirik”.