Milli Məclis sədrinin müavini Ukraynaya səfər edəcək

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün avqustun 24-də ölkənin paytaxtı Kiyev şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərdə deyilir ki,tədbirlərdə müxtəlif ölkələrin və bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edəcəklər.
Səfər avqustun 25-də başa çatacaq.