Oktyabrın 20-də Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov növbəti vətəndaş qəbulunu keçirmişdir.
Daha əvvəl Hacıqabul və Kürdəmir rayonlarında keçirilmiş qəbullardan sonra bu, Rafael Hüseynovun oktyabr ayında keçirilən və bu dəfə Milli Məclisdə baş tutan üçüncü qəbuludur.
Vətəndaşların şikayət və təkliflərini dinləyən Rafael Hüseynov qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlərin görülməsi üçün müraciət edənlərlə müfəssəl müzakirələr aparmış, bir sıra əlaqədar qurumlarla əlaqə saxlanılmışdır.