Milli Məclisdən mediaya verilən dəyər

“Media haqqında” qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda səsə qoyularaq qəbul edilib. Cəmiyyəti yaxından maraqlandıran bu qanun layihəsi ilə bağlı qanunverciri orqan tərəfindən bütün mümkün addımlar atılıb. Belə ki, müxtəlif platformalarda görüşlər keçirilib, dinləmə və müzakirələr təşkil edilib. Bu sahəyə birbaşa cavabdeh olan Media İnkişaf Agentliyi, Mətbuat Şurası və media ekspertləri və baş redaktorlar habelə TV rəhbərlərinin qanunla bağlı təklifləri dinlənilib.

Bütün bunlarla yanaşı parlament müxbiri kimi bir məsələni diqqətə çatdırmaq istəyərdim. Belə ki, Milli məclisin foyesində yerləşdirilən geniş tabloda “Media haqqında“ qanun layihəsini özündə əks etdilir. Bu sahə üzrə bir yenilik olan prosesdə layihənin müzakirəsi, müzakirələrdə səsləndirilən fikir və təkliflər öz əksini tapır. Sözün həqiqi mənasında belə bir addımın atılması bu və ya digər qanun layihələrinə Milli Məclis rəhbərliyinin necə həssas və dəqiqliklə yanaşmasının göstəricisidir.