Milli Məclisdən təkzib

Yanvarın 28-də bəzi media orqanlarında Milli Məclisin İntizam Komissiyası tərəfindən kütləvi informasiya vasitələri nümayəndələrinin 2022-ci ilin yaz sessiyası dövründə parlamentin fəaliyyətini işıqlandırmaq üçün Milli Məclis Aparatında akkreditə olunması və bəzi media nümayəndələrinin akkreditasiyasının ləğv edilməsi haqqında həqiqətə uyğun olmayan məlumat verilmişdir. Bildiririk ki, Milli Məclisin İntizam komissiyasında media nümayəndələrinin parlamentdə akkreditasiyası məsələsinə baxılmamışdır.

Bu haqda Milli Məclisin (MM) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

“Bu məsələ İntizam komissiyasının gündəliyində olmamışdır. Xahiş edirik ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı dəqiqləşdirəsiniz”-deyə, sonra məlumatda qeyd edilib.