Milli Məclisin deputatı Səbinə Xasayeva Lökbatan qəsəbəsində seçiciləri ilə görüşüb  

Dekabrın 11-də Milli Məclisin deputatı Səbinə Xasayeva Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.    

Görüşdə seçicilərin müraciətləri dinlənilib və qeydə alınıb, aidiyyəti  qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Seçicilər onlara göstərilən  diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini  tapacağına əminliklərini bildiriblər.