Milli Məclisin deputatı Səbinə Xasayeva Puta qəsəbəsində bir qrup vətəndaşı qəbul edib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonunun Puta qəsəbəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul etmiş, onların problemlərini dinləmişdir.

Qəbulda iştirak edən vətəndaşlardan Sərgül Süleymanova,Pakizə Əliheydərova, Həqiqət Əmirova, Nuriyyə İsmayılova, Maya Ələkbərova, Xanımnisə Cəfərova,Minayə Cəfərova, Elçin Quliyev,Ramin Mirzəxanov,Eldar Şahmuradov,Yasar Mirzəxanov və Həmid Əcəmov qəsəbədə məhəllədaxili yolların asfaltlaşdırılmasının, təmir edilməsının və işıqlandırılmasının başa çatdırılmasının, aptek uçun münasib bina və ya torpaq sahəsinin ayrılmasının,sahibsiz itlərin toplanılması və xəstəliklərə qarşı peyvənd edilməsinin, birinci Qarabağ müharibəsi əlillərinə sığortanin verilməsinin, onların müalicəsinə diqqətin artırılmasının, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, sosial təminatının və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Qaradağ Rayon İcra Hakimiyyəti başçisinin Puta qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Tarverdi Qurbanov və Qaradağ rayon Puta bələdiyyəsinin sədri Emin Ramazanlı iştirak etmişlər.