Milli Məclisin deputatı seçicilərlə görüşüb

11 saylı Binəqədi-Qaradağ  seçki dairəsi üzrə Milli Məclisin  deputatı Səbinə Xasayeva  Binəqədi rayonun 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında seçicilərlə görüş keçirib.

Görüşdə seçicilərin müraciətləri dinlənilib,qaldırılan məsələlrin bir qismi qanunvericiliyin  tələblərinə müvafiq olaraq yerindəcə  həllini tapıb, diğərləri isə aidiyyəti qurumlara yönləndirilib. 

Seçicilər onlara göstərilən  diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini  tapacağına əminliklərini bildiriblər.   

Görüşdə   Binəqədi rayon icra hakimiyyəti  başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Araz Şiralıyev iştirak edib.