Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.

Sabahinfo.az-ın məlumatına görə, iclas oktyabrın 11-də keçiriləcək, gündəliyə iki məsələ daxildir:

- “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında.

“Müstəqillik Günü haqqında” Qanun layihəsində qeyd olunur ki, 2021-ci il oktyabnn 18-də Azarbaycan Respublikasinin müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir.