AFFA-dan verilən məlumata görə, Ayxan Abbasovun baş məşqçilik etdiyi yığma komandamız D Liqası çərçivəsində rəqiblərini Bakı və Gəncədə qəbul edəcək:
1 oktyabr 2026: Azərbaycan – Lixtenşteyn matçı Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
4 oktyabr 2026: Azərbaycan – Litva qarşılaşması isə Gəncə şəhər stadionunda baş tutacaq.
Xatırladaq ki, milli komandamız bu oyunlardan dərhal əvvəl, sentyabrın 27-də isə səfərdə Litva yığmasının qonağı olacaq.