Vətən müharibəsindən indiyə qədər azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarına 349 milyon dollar xərclənib.
Sabahinfo.az xəbər verir ki, bununla bağlı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, bu vəsaitin 16 milyon dolları beynəlxalq ölkə, qurum və təşkilatların Azərbaycana dəstəyidir.