Moskva Bəyannaməsi regional inkişafa xidmət edir

“Azərbaycanla Rusiya münasibətlərdə yeni hüquqi baza rolunu “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə dünya ölkələrinin diqqət mərkəzindədir. Regionda yeni imkanların yaranmasına və ən əsası Azərbaycanla-Rusiya arasında iqtisadi, ticari əlaqələrin inkişaf etdirilməsi, bu əlaqələrin daha da dərinləşməsinə xidmət edən sənəd gələcək perspektivdən xəbər verir”. Bunu Milli Məclisin deputatı Cəbi Quliyev deyib.

Onun sözlərinə görə, bu ilin aprel ayında Azərbaycan-Rusiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi tamam olur. Belə bir zamanda özündə mütəffiqliyin bütün sahələrini əhatə edən Bəyannamə Azərbaycana əlavə dividentlər qazandıracaq. İki ölkə arasında ildən-ilə artan əmtəə dövriyyəsi, Rusiyanın Cənubi Qafqaz regionundakı ticarətinin 45%-nin Azərbaycanın payına düşməsi, iki ölkə arasında qarşılıqlı investisiya sahəsində müsbət dinamikanın müşahidə olunması və qeyri-neft sektorunun inkişafında artım qarşılıqlı münasibətlərin dərinləşməsindən xəbər verir.
C.Quliyev deyir ki, iki ölkə arasında əlaqələr nəqliyyat və digər tranzit infrastrukturunun şaxələnməsinə də təkan verir: “Moskava Bəyannaməsində də bu və ya digər sahələr kimi nəqliyyat və turizm sahəsinin inkişaf ümumi iqtisadi münasibətlərin yeni mərhələyə keçidi ilə bağlı mühüm müddəalar öz əksini talpıb ki, bütün bunlar post müharibə dövründə Azərbaycanın iqtisadi və beynəlxalq nüfuzunun artmasına xidmət edən amillərdir. Onu da nəzərinizə çatdırım ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, əməkdaşlığın inkişafına dair 2024-cü ilə qədər dövrü əhatə edəcək plan mövcuddur. Bu planda öz əksini tapan 5 “yol xəritəsi” ticarətin və qarşılıqlı sərmayyə qoyuluşlarının artmasına hesablanıb. İqtisadi əməkdaşlığın ən mühüm sahəsi olan nəqliyyat dəhlizi məsələsində də iki ölkənin birgə səyləri müsbət nəticə verir. Qərbi Avropanı Asiya ilə birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması Rusiya və Azərbaycanın əməkdaşlığı şəraitində mümkün olub. Bu dəhliz istər şimaldan cənuba daşınan, istərsə də şimaldan Avropaya gedən yüklərin çatdırılmasına xidmət edir. Bu layihənin uğurla realizə olunması sayəsində yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. dəfə, cari ilin altı ayı ərzində isə 60 faiz artıb. Gələn il həmin layihə çərçivəsində Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər yeni dördzolaqlı magistral yol istifadəyə veriləcək. Eyni zamanda bu ilin sonuna qədər sərhədyanı Samur çayı üzərində birgə tikilən körpünün istifadəyə verilməsi nəzərdə tutulur”.
Deputat qeyd edib ki, Bəyannamədə də öz əksini tapdığı kimi iki ölkə arasında əlaqələr bir çox istiqamətlərdə əhəmiyyət kəsb edir: “Sənəddə deyilir ki, ölkələr tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər. Bu gün müharibə və hər hansı revanist fikirə düşmək heç bir ölkə üçün uğur vəd eləmir. Bu baxımdan belə bir müddəanın sənəddə yer alması erməni rəhbərliyinin masa üzərində olan Sülh müqaviləsinin imzalaması, Azərbaycana qarşı revanşist fikirlərindən daşınması ilə nəticələnəcək”
.