10 May 2025- ci il. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Ulu Öndərin bu ilki doğum günü Azərbaycanda geniş şəkildə qeyd olunan, “Konstitusiya və suverenlik” ili ilə üst-üstə düşür. Heydər Əliyev müəllifi olduğu Konstitusiyada Azərbaycanın “Unitar Dövlət” statusunu təsbit etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə, ölkənin federallaşmasının qarşısını aldı və 2023-cü ilin sentyabr ayında Azərbaycanın tam suverenliyini reallaşdırdı.
Hər zaman hörmət və ehtiramla anırıq.
Allah rəhmət eləsin.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı