Müdafiə naziri Türkiyəyə yola düşüb

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb.

Müdafiə Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsini izləyəcək.