Müdafiə Nazirliyinin generalları "Türk Şəhidliyi"ni ziyarət etdi - FOTO

Sentyabrın 15-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Bakı şəhərinin azad edilməsinin 105 illiyi ilə əlaqədar olaraq "Türk Şəhidliyi" abidəsini ziyarət edib.

Bu barədə Sabahinfo.az-a nazirlikdən məlumat verilib.

Abidə qarşısına Müdafiə Nazirliyi adından qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.