Müharibənin Telman qəhrəmanı

27 sentyabr 2020 ci il tarixində başlayan Vətən muharibəsi….
Abışov Telman Nadir oğlu 
Telman 03. 10.1995-ci ildə Sumqayıt şəhərində anadan olub. O evimizin  son beşiyi, tək oğlu idi və iki bacısı var. Atamin adini vermisdim ona . Ve cox gozlentilerim var idi oglumdan ! Telman uşaqlıqdan hamı tərəfindən sevilirdi. Bagcaya qoymaga qiymadi  Anasi ,oglumuza yaxsi baxmazlar deyə …..
 2002-ci ildə Sumqayıt  şəhərinde  19 nömrəli  tam orta məktəbin 1 ci sinfine basladi, O, 11 illik məktəb həyatında müəllimlər və  şagirdlər tərəfindən sevilib, hörmət qazanmisdi. Məktəbdə ən sevdiyi fənlər  coğrafiya və tarix olub. O,eyni zamanda futbolu çox sevir  ,asudə vaxtlarında dostları ilə futbol oynayırdi. O, çox həyat sevər idi….
 2013-cü ildə orta mektebi  bitirdi,Ali məktəbə qəbul olmadı. 11.10.2013-cü ildə hərbi xidmətə cagiris zamani ,  Vetene  xidmeti borcunu ödemeye yollandı. O hərbi xidmətini  Daşkəsən rayonunda N saylı hərbi hissədə çəkdi. Telmanın komandiri General Mayor Polad Həşimov olub. Telman hərbi qulluğunu atıcı olaraq başa vurub. 2015-ci il aprel ayında evə qayıtdi. Əsgərlikdən gəldikdən sonra bərbərlik sənətinə yiyələndi. O öz işinin peşəkarı idi və hətda bir neçə sertifkartlar  da almisdi. Telmanın vətənə olan sevgisi o qədər böyük idi ki, General Mayor Polad Həşimovun ölümü onu çox sarsıtmışdı. Bundan təsirləndiyini bilirdim!  Məndən ,hamıdan xəbərsiz könüllü olaraq yazıldı ! Oktyabırın 3-ü Telmanın 25 yaşı tamam oldu. Lakin, ölkəmiz müharibədə olduğu üçün : ”Ad gününümü  qeyd etməyəcəm” dedi. Oktyabrın 5-i mənə zəng elədi ki, Ata  senedimi gətir hərbi hissəyə.Sənədini  apardım təhvil verdim ve düşündüm qeydiyyatdan keçib qayıdacaq evə.Bir az sonra zeng etdi ki,məni gözləmə mən getdim artıq,,, Heç kimlə vidalaşmadan  getdi.Əslində oglumla fexr etdim o an ! Ama belə gözləmirdim Onu!  Telman cəbhədə oldugu zaman nigaran qalmayaq  deyə  hər şeyin yaxşı, qələbənin bizimlə və yaxın olduğunu vurğulayırdı. Telmanla en son  noyabırın 1-i  əlaqə saxlaya bildik.Bizə  olan son sözü " Narahat olmayin, hər şey yaxşıdı, Daşaltıdayam, öpürəm sizi, tezliklə görüşərik." oldu. Noyabrın 12-i axşam saat 5 radələrində Hərbi Komisarlıqdan mənə   zəng  gəldi.Xəbər almaq üçün deyilən ünvana getdim. Hiss etmisdim ,,,ama  oglumun nəşini görənə qədər  heç ümüdümü kəsmirdim,  yaxşı olacağına ,orda olan mənim oglumun olmadıgına ümid edirdim …Amma heyat mənim ogluma şəhidlik zirvəsini yazibmiş!  
Noyabrın 13-ü...... Telmanla  son görüşümüz və son günümüz oldu!....Oglum  Sumqayıt  Şəhər  Şəhidlər Xiyabanında dəfn edildi. Ölümündən bir neçə gün sonra döyüş yoldaşından mənə  zəng gəldi. Bu anda  keçirtdiyim  hissləri heç bir söz ifadə edə bilməz. Döyüş  yoldaşı  Telmanin  noyabırın 8-i Şuşa da Daşaltıda gedən döyüşdə  şəhid olduğunu bildirdi. O,  müharibə bitdikdən sonra ilk işi bize  baş çəkib  , onun şücaətləri haqqında danışacağını bildirdi. ... Biz onun yolunu səbirsizliklə gözləyirik. Sanki Telmanın bir parçası qayıdacağmış kimi...Mənim oglum Vətəni üçün canından və arzularından keçdi. Onun bildiyimiz, bilmədiyimiz o qədər arzuları var idi ki, hamısı yarım qaldı... Biz onun bizə müharibədən nağıllar danışacağını gözləyərkən, biz ondan nağıl danışırıq!...Men oglumla fexr edirem! Qürur duyuram! Hər nə qədər acı olsa da , acı versə də onun yoxlugu ,,,,
Allah bütün Şəhidlərimizə rəhmət etsin!  Allah Qazilərimizə şəfa versin! Rəşadətli Ordumuzu Allah qorusun! Allah Ali Baş Komandanımızı qorusun! Onların haqqı ödənməzdir!..
  VƏTƏN SAĞ OLSUN

 

Ey azad yurdumun qəhrəman oğlu!
Səninlə fəxr edir bütün el, oba
Sən bir igidsən, sən bir qəhrəman
Qubadlı balası, Abışov Telman!

Şəhidlik zirvənə qurbanam sənin
İgidliyinə, mərdliyinə heyranam sənin
Səni tanıdığımçün qururlutam mən
Ey Şuşa Fatehi, Abışov Telman!

Hər insana nəsib olmur şəhidlik
Sənə çox yaraşırdı mərdlik, igidlik
Sizinlə fəxr edir can Azərbaycan
Qürurum, qeyrətim Abışov Telman!

Haqqını halal et Şəhid qardaşım
Sən bizə örnəksən igid qardaşım
Biz sənin zirvənə həsrətik inan
Şəhadətin mübarək Abışov Telman!

 

ELNARƏ HƏZİYEVA