Müşfiq Abbasova BİR TƏKLİF

Şuşa Azərbaycanın döyünən ürəyi! Bu ad üçün neçə oğullar canından qanından keçdi,neçə oğullar yarım can qaldı. O ada,Şuşaya qovuşdurdu xalqını. Müşfiq Abbasov maraqlıdı Şuşa adını komandaniza qoyanda bu adın necə önəm dasidiğını düşündünüzmü?

İnanmıram ki,düşündünüz.Duşunsəydiniz erməni doğaları sözü ilə Şuşa adını Buta adı ilə dəyişməzdiniz. Deyirsiz o dığanın sözü keçdiyi üçün məcbur olub o yarışdan keçmək üçün dəyişdik adı. İnanın heç bir bəhanə sizin bu etdiyiniz əmələ haqq qazandırmır. Kaş siz o yarışdan Şuşa adını qorumaq üçün imtina etsəydiniz, inandıram ki, bu hərəkətinizə görə Azərbaycan xalqı üçün qalib dönmüş komanda olardınız. Eyni zamanda erməni dığaları Rubinin də layiqli cavabını vermiş olardız. Müşfiq Abbasov bu adı komandaya qoymaq asan bu adın ağırlığını daşımaq çətin. Siz bu adı daşımağa layiq olmadınız ....Tökülən qanlara, yarım qalan canlara bu hərəkətinizlə böyük hörmətsizlik etdiniz.Təklifim daşıya bilməyəcəyiniz yük altına girməyin!

Leyla Allahverdiyeva