Müşfiq Məmmədli qəbul keçirdi

Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu keçiridik. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının binasında qəbula gələn şəxslər məişət, məşğulluq, sağlamlıq və digər mövzularda müraciətlər ediblər. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra həlli istiqamətində lazımı dövlət strukturlarına müraciətlər ünvanlanması qərara alınıb.

Qeyd edək ki, 44 saylı Sumqayıt Xızı seçki dairəsi üzrə mütəmadi olaraq vətəndaş qəbulu keçirilir. Növbəti qəbulda iştirak etmək üçün sosial şəbəkə vasitəsi ilə və ya 0502779684 nömrəsi ilə əlaqə saxlamağınız rica olunur.

Müşfiq Məmmədli
Milli Məclisin deputatı