Müzəffər Sərkərdəmizlə qürurlanırıq!

Ötən ilin sentyabrın 27-dən noyabrın 8-nə kimi hamı Vətən müharibəsinin həyəcanını yaşadı. Bu həyəcan düşmənə atılacaq sonuncu gülləyə qədər davam edəcəkdi. Sonuncu güllə qələbənin son gülləsi olacaqdı.

Ötən payızda döyüşçülərin döyüş əzmi də, qələbə ruhu da hər birimizin inamımızı daha da yüksəldirdi. Döyüşçülərimiz Ali Baş Komandanın əks-hücum əməliyyatını Zəfərlə tamam­lamaq üçün qətiyyətlə döyüşürdü.

Cəbrayıl rayonu uğrunda döyüşlər sentyabrın 27-dən oktyabrın 4-nə kimi davam etdi. Düş­mən ciddi müdafiə olunudru. Bu ilin oktyabr ayının 4-də işğaldan azad edilmiş Cəbrayıla səfərində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dedi: “...Cəbrayıl əmə­liy­yatının çox böyük əhəmiyyəti var idi və deyə biləərəm ki, həlledici əhəmiyyəti var idi. Çünki biz düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilərdik”. Düşmənin müdafiə xətti darmadağın edildi. Ayrı-ayrı yaşayış məntəqələri uğrunda olduqca gərgin döyüşlər getdi. Ali Baş Komandanın Cəbrayılda çıxışında dediyi kimi, “Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu”. Cəbrayıl döyüşlərində Azərbaycan Ordusu Ali Baş Komandanın təxminini doğrultdu, düşmənin istehkamları qətiy­yət­lə darmadağın edildi, böyük Zəfər qazanıldı, torpaqlarımız işğaldan azad olundu...

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışında həm də işğaldan azad edilmiş Cəbrayılın sabahlarından da danışdı: “Bu gün birinci yaşayış binasının təməli qoyuldu. Artıq bu binanın da inşasına start verilir. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək”. Bu informasiya hər bir azərbaycanlını necə qürurlandırır! Biz Müzəffər Sərkərdəmizlə də qürurlanırıq, belə informasiyalarla da!

 

Səbinə Xasayeva,

Milli Məclisin deputatı