Nadir Qafarzadə: “İnsanları güldürsə belə, Tünzalə hər zaman dərdli olub”

“Heç vaxt düşünməzdim ki, nə vaxtsa onun dəfnində iştirak edərəm”.

Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum aktrisa Tünzalə Əliyevanın dəfn mərasimində müğənni Nadir Qafarzadə deyib.

Onun sözlərinə görə, heç kəs “Toppuş bacı”nın ölümünə inanmır:

“Xəstə olanda da eyni əhval-ruhiyyədəydi. İnsanları güldürsə belə, hər zaman dərdli olub. Əlacsız idi. Onu ən çox övladının tək qalması incidirdi. Heç vaxt düşünməzdim ki, onun dəfninə gələrəm. Atasının belinin bükülməyi məni sarsıtdı. Səbir diləyirəm”.

N.Qafarzadə qeyd edib ki, Tünzalə Əliyevanın ölümü Azərbaycan incəsənəti üçün ağır itki oldu:

“Biz kimisə itirəndən sonra qədrini bilirik. Həmişə qınayıblar. Heç kəs xoş günündən kiməsə ağız açmaz. Azərbaycan incəsənətinə ağır itki oldu”.