Naftalanda kafedə yanğın oldu

Naftalan şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan kafenin mətbəxində lambirindən ibarət tavan 16 m² sahədə və əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.