NASA Mars üçün ekipaj axtarır

NASA 1 illik Mars simulyasiyalarında iştirak etmək üçün ekipaj axtarır.

Bununla bağlı qurumdan rəsmi məlumat verilib.

Bildirilib ki, NASA 2022-ci ilin payızında başlaması planlaşdırılan 1 illik simulyasiya üçün ekipaj üzvləri olaraq qoşulmaq istəyən namizədlər axtarır.

Simulyasiyalar NASA-nın Conson Kosmos Mərkəzində keçiriləcək.

Simulyasiyalarda iştirak etmək istəyənlər 30-55 yaş arasında olmalı, ingilis dilində danışan, sağlam, ABŞ vətəndaşı və ya ölkənin daimi sakinləri olmalıdırlar.

Heyət seçiminin NASA-nın meyarlarına uyğun olaraq aparılacağı bildirilib.