Nazir BMT İnsan Haqları Şurasında Ermənistanın mina terrorundan DANIŞDI

“Münaqişə başa çatsa da, sülh perspektivləri yaransa da, münaqişədən sonrakı dövrdə insan haqları ilə bağlı ciddi problemlər qalmaqdadır”.

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Haqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Ermənistan tərəfindən basdırılmış minalar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə mane olmağa, günahsız insanların həyatına son qoymağa və azərbaycanlı məcburi köçkünlərin qayıdış hüquqlarını əngəlləməyə davam edir.

XİN rəhbəri əlavə edib ki, 2020-ci il noyabrın 10-dan indiyədək işğaldan azad edilmiş ərazilərdə 306 nəfər minadan zərər çəkib, ümumilikdə, son 30 ildə 3300-dən çox azərbaycanlı minaların qurbanı olub.