Nazir qaz limitindən DANIŞDI: Mürəkkəb məsələdir

"Qaz limiti kifayət qədər mürəkkəb məsələdir, bizdə qazın qiyməti prinsipcə o qədər də yüksək deyil".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə,  bu, kifayət qədər mürəkkəb məsələdir. Nazir deyib ki, ona görə də sosial həssas əhali üçün müəyyən limit qoyulub: "Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur, limitdən yuxarı hissəsi isə daha bahadır".

"Bu məsələ sadə məsələ deyil, ona görə bunu açıq etiraf etməliyik”, - deyə Samir Şərifov əlavə edib.