Nərimanov rayon sakini iş adamına təşəkkür etdi

Bakı şəhər Nərimanov rayonu ərazisində inşa edilən pilot layihə ilə bağlı narazılığı yaranmış sakin Lamiyə Şahbazovanın problem həll edilib.

Sabahinfo.az xəbər verir ki, L.Şahbazova Koroğlu Rəhimov küçəsi 12\18 ünvanındakı mənzilinin yaxınlığındakı evlərin  sakinlərini “Cavid-2016” MTK tərəfindən köçürərək pilot layihə çərçivəsində həmin evlərin sökülməsi ilə onların yerində yeni yaşayış binaları inşa edildiyini bildirib: “Mənim mənzilim “Cavid-2016” MTK- üçün ayrılmış torpaq sahəsindən kənarda yerləşməsinə baxmayaraq həmin MTK-nın rəhbərliyinə yeni mənzillə təmin olunmaq istəyi ilə müraciət etdim. “Cavid-2016” MTK mənim vəziyyətimi nəzərə alaraq məni yeni mənzillə təmin etdi. Buna görə həmin MTK-nın əməkdaşlarına və şəxsən MTK-nın rəhbəri, iş adamı Xudaqulu Rzayevə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bir müddət əvvəl L.Şahbazova məsələ ilə bağlı mətbuata və dövlət qurumlarına müraciət etmişdi. MTK rəhbərliyi L.Şahbazovanın mənzil şəraitini, həmçinin digər halları nəzərə alaraq onun yeni mənzillə təmin edilməsini həll edib.