Nəsib Məhəməliyev: Qələbələriniz bol olsun!

2 fevral GƏNCLƏR günüdür.

Ulu öndər Heydər Əliyevin 1996-cı ildə imzaladığı sərəncama əsasən, Azərbaycanda “gənclər günü” geniş şəkildə qeyd olunur. Bu münasibətlə gəncləri təbrik edərkən çoxsaylı digər arzularla yanaşı, doğma Qarabağın işğaldan azad olunmasını xüsusi vurğulaya, daxilimizdə bir natamamlıq kompleksi yaşayardıq. Çox şükürlər olsun ki, Azərbaycan gəncliyinin əsas arzusunu Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusu cəmi 44 gün ərzində mənfur erməni ordusunu darmadağın etməklə qızıl hərflərlə şərəfli tarix yazdı. Əvvəlki illərdən fərqli olaraq, bu il xalqımız Qalib Azərbaycan gəncliyini təbrik edir. Düşünürəm ki, hər bir gənc üçün qalib xalqın nümayəndəsi olaraq, qələbə hissini yaşamaq, Uca Allahın bəxş etdiyi ən böyük xoşbəxtlikdir.

Əziz gənclər!

Sizləri bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm, sağlam, mənalı həyat arzulayıram. Qələbələriniz bol olsun !!!

02.02.2021.