Nəsib Məhəməliyev seçiciləri ilə görüş keçirib

Millət vəkili Nəsib Məhəməliyev Balakən rayonunda seçiciləri ilə görüşüb. İlk öncə Yeni Şərif kəndində məktəb açılışında istirak edən deputat  Xalatala kəndində  seçicilərnin problemlərini dinləyib. Onların problemlərini aidiyyatı qurumlar qarşısında qaldıracağını bildirib. Deputat son günlərdə cəbhədə baş verən erməni təxribatı barəsində seçicilərinə məlumat verib. Qeyd edib ki, bu kimi məsələlərdə həmrəy olmalı, dezinformasiyalara əsaslanmaq lazım deyil. 

Daha sonra görüş  Balakən şəhərində və Qazma kəndinə həyata keçirilib. Qazma 2 saylı (Cillik) məktəbinin həyətində,açıq səmada baş tutan görüşdə kənd sakinləri,məktəb işçiləri mövcud problemlərlə bağlı şikayət,təklif və fikirlərini bildirdilər.

Sarıbulaq kəndində keçirilən görüşdə kənd sakinlərinin,valideyinlərin müraciəti Sarıbulaq kənd tam orta məktəbin tam əsaslı təmiri ilə bağlı olub. Məktəbdə əmək şəraitinin olmamasını, binanın tam nəmişlik şəraitində olmasını, şagirdlərin, müəllimlərim, texniki işçilərin daima xəstələnməsi,revmatizmdən əziyyət çəkdiklərini bildiriblər. Nəsib Məhəməliyev bu məsələni nəzarətə götürdüyünü, yaxında müsbət nəticə olacağını bildirib.