Novruz Aslan onlayn qəbul keçirdi

Xüsusi rejimli karantin dövründə epidemioloji vəziyyəti nəzərə alan deputat Novruz Aslanov seçiciləri ilə onlayn və ya telefon vasitəsilə əlaqə saxlayır. Aprel ayının 8-də İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilib.

Sabahinfo.az xəbər verir ki, saat 10.00-15.00 aralığında millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada İsmayıllı rayon sakinləri əlaqə saxlayıb və ona mövcud problemləri barədə məlumat veriblər. 50 nəfərə yaxın seçicinin iştirak etdiyi onlayn qəbulda qaldırılan məsələlər əsasən sosial yönümlü və şəxsi məişət problemləri ilə bağlı olub. Müraciət edənlər qeydiyyata alınıb, bir neçə məsələ yerindəcə həllini tapıb, digər məsələlərlə bağlı əlaqədar strukturlara müraciətin ediləcəyi bildirilib.   

 

Məlumat üçün bildirək ki, hər həftənini IV günü millət vəkili İsmayıllı rayon seçiciləri ilə görüşmək məqsədilə münasib vaxtlarda rayona səfərlər edir və ya onlayn qəbullar keçirir.