Novruz Aslan seçicilərini qəbul etdi

Millət vəkili Novruz Aslanov seçicilərlə görüşmək məqsədilə yay aylarında İsmayıllı rayonunun kəndlərində səyyar görüşlər keçirir.

Avqustun 26-da millət vəkili rayonun Diyallı, Tağlabiyan və Kəlfərəc kəndlərində seçicilərin səyyar qəbulunu keçirib. Seçicilər deputata onlarla görüşə gəldiyi üçün təşəkkürlərini bildiriblər. Qəbullar epidemioloji qaydalara uyğun olaraq keçirilib. Qəbulda iştirak edən sakinlər əsasən sosial yönümlü məsələlərlə deputata müraciət ediblər. Həmçinin, şəxsi məişət problemləri ilə də bağlı deputata müraciətlər edilib. Bir neçə məsələ yerindəcə həll edilib, əlaqədar qurumlara aid olan məsələlər qeydiyyata alınaraq aidiyyəti üzrə müraciətlərin ediləcəyi bildirilib.

Sonra millət vəkili rayonun icra hakimiyyətinin başçısı Nahid Bağırovla birgə ikinci Qarabağ Müharibəsi şəhidinin xatirəsini yad edib, müharibə qazisi ilə görüşüblər. Daha sonar birinci Qarabağ Müharibəsində itkin düşmüş döyüşçünün evini ziyarət edib, ailə üzvləri ilə görüşüb, onun şərəfli döyüş yolu ilə tanış olublar.  

Məlumat üçün bildirək ki, deputat rayonun icra hakimiyyəti başçısı ilə birgə sakinlərlə görüşləri müntəzəm olaraq keçirilir, həmçinin şəhidlər anılır və qazilərlə görüşlər təşkil olunur.