Oğuzda torpaq sürüşdü

Oğuzda torpaq sürüşməsi olub.

Sabahinfo.az xəbər verir ki, hadisə rayonun Filfili kəndində baş verib.

Belə ki, dağlıq ərazidən sürüşən torpaq kütləsi kənd sakini Süleymanov Eynulla Süleyman oğluna məxsus həyətyanı sahənin 45 kvadrat metr hissəsini tutub. Torpaq sürüşməsi zamanı tələfat və dağıntı qeydə alınmayıb.