"Ölkəmizdə mətbuatın azad, demokratik fəaliyyəti üçün bütün imkanlar mövcuddur"

Cəmiyyətin informasiya təminatında və düzgün fikir formalaşmasında mətbuatın rolu əvəzsizdir. Milli mətbuatımız uzun tarixi bir yol keçmiş, inkişaf etmiş, ümumi inkişafla ayaqlaşmaqdadır. Əvvəllər mətbuatımız qəzet formatında tanınsa da texnologiyaların inkiafı ilə əlaqədar son illər elektron mətbuatı daha çox aktuallaşmışdır. Son vaxtlar insanların yeni yaranmış youtube kanallarına da marağı artmaqdadır. Demək istədiyim odur ki, milli mətbuatımız zamanın nəbzini tuta bilir, cəmiyyətin hansı formatda informasiya almağına təlabatı yaranırsa o formata adaptasiya olunur.

Milli mətbuatımız real informasiyanı operativ çatdırmaqla cəmiyyəti kənar təsirlərdən də qoruyur. Məsələn, 44 günlük Vətən müharibəsi dövründə mətbuat əməkdaşları tövsüyyə olunduğu kimi Müdafiə Nazirliyin Operativ Qərargahın məlumatlarına uyğun cəbhədə baş verən hadisələri operativ çatdırmaqla cəmiyyətin vətənpərvərlik ruhunun artmasında və düşmənə qarşı insanların hamılıqla səfərbər olunmasında böyük xidmətləri olmuşdur. Mətbuat işçilərimiz məlumatları daha opertativ çatdırmaq məqsədilə ön cəbhədə mərmi və raket atəşi altında öz həyatlarını təhlükəyə ataraq reportajlar hazırlamış, canlı bağlantılarla müzəffər ordumuzun qələbələri ilə xalqımızı sevindirmişdir. Müharibədən sonra da mətbuat əməkdaşları erməni işğalçıların son 30 ildə törətdikləri vəhşiliklərini və vandallıqlarını cəmiyyətə və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün öz həyatlarını təhlükəyə ataraq minalanmış ərazilərdən reportajlar hazırlayırlar. Məhz iki media əməkdaşımız da xidmətdə olduğu zaman minaya düşərək şəhid olmuş və onlara Allahdan rəhmət diləyirəm.

Milli mətbuatımızın inkiaşfına dövlət dəstəyi göstərilir. Hər il dövlət büdcəsindən maliyyə yardımları ayrılır, mətbuat əməkdaşlarını mənzillərlə təmin edilir. Fəaliyyətləri ilə fərqlənən mətbuat əməkdaşları dövlət mükafatları ilə təltif olunur.

Ümumiyyətlə ölkəmizdə mətbuatın azad, demokratik fəaliyyəti üçün bütün imkanlar mövcuddur. İnternet resurslarımız hamımızın üzünə açıqıdır və heç bir məhdudiyyət yoxdur. Mətbuatın üzərindən senzura götürülmüş, azad sözün deməyi üçün mətbuat əməkdaşlarına və hətta hər bir insana sərbəst şərait yaradılmışdır. Bu gün hər bir insan azad internet resurslarından istifadə etməklə mətbuat əməkdaşı rolunda çıxış etmək imkanını qazanmışdır. Bir şəxs barəsində yayılmış qərəzli və ya qərəzsiz informasiya ani olaraq cəmiyyətə yayılır və o şəxs barəsində fikir formalaşdırır. Ona görə də bütün mətbuat əməkdaşlarına sensasiya xatirinə yox, qərəzsiz, tərəfsiz informasiyalara daha çox üstünlük verməyə, qərəzli və sifarişli yazılardan uzaq olmağını tövsüyyə edərdim. Belə olan halda mətbuatımızın cəmiyyət arasında hörməti və oxucu auditoriyası daha da artar.

Əzizi jurnalist dostlarım, mətbuat əməkdaşları!

Bu gün sizin peşə bayramınızdır. Hər birinizi 22 İyul ,, Milli Mətbuat Günü” münasibətilə təbrik edir, can sağlığı, uğurlu fəaliyyət və həmişə obyektiv olmaqlarını arzulayıram. Bayramınız mübarək!

Azər Badamov
Milli Məclisin deputatı