Ordumuzu gözdən salmağa şans verməyək

Müdafiə Nazirliyinin Maliyyə İdarəsini sərt tənqid edənlərdən biri də mən olmuşam, orda bir qrup hərbiçinin maliyyə fırıldağlığı ilə məşğul olduğunu, müəyyən strukturlardan yoxlamaların keçirilməsini xahiş etmişəm. DTX əməkdaşlarına təşşəkür edirəm, amma hiss olunur ki, bəzi "insanlar" mətbuatda bu olayları şişirtməklə məqsədli surətdə ordumuzu gözdən salır, olmayan şeyləri daimi olaraq mətbuatda tirajlanır və təkrarlanır. Faktlara, sübutlara söykənməyən yalan bilgilərin tirajlanması cinayət sayılır. Maliyyə İdarəsinin rəhbərliyində, tabeçilikdə olan strukturlarında Dövlətini, xalqını sevən, sadiq olan, 1-ci və 2-ci Qarabağ savaşında iştirak edən, qazi olan, ləyaqətli, şərəfli zabitlərimizdə var. Maliyyə idarəsini "Gözdən salma" əməliyatının məqsəd isə çox aydındır, MN nin Maliyyə İdarəsinin rəhbərliyinə öz adamların gətirmək. DTX öz işini görür, mətbuat işçilərindən, blogerlərdən, "öyrədilmiş" insanlardan xahiş edirəm, ordumuzu gözdən salmayaq, düşmənlərimiz yazdığlarımızı öz istədikləri kimi istifadə edir, daxildəki 5-ci kolonun üzvlərinə, ordumuzu gözdən salmağa şans verməyək, yoxlamalarda DTX əməkdaşlarına mane olmayaq.

Elçin Axundzadə

Hərbi siyasi ekspert