Ordunun qüdrətini artıran səfər

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin işğaldan azad edilmiş əra­zi­lərə səfərləri dünya ictimiyyətinin diqqətini bir gerçəkliyə yönəldir: Vətən müharibəsində qa­zanılan Zəfərdən sonra dövlət işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri apa­rır, onu optimal müddətdə başa çatdıracaq, Böyük Qayıdış başlayacaq.

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Hadruta səfərində yeni hərbi hissənin açılış mərasimində iştirak etdi. Ölkə başçısı Hadrut səfərində çııxışında dedi: “Müha­ri­­bə bizim üçün əvəzolunmaz təcrübə idi. Müharibədən sonra həm müasir tə­ləblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr ya­radılır. Bax, bu gün Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nüma­yəndələri, ko­mando qüvvələri yer­ləşir. Komando briqadasının yaradılması bizim üçün yeni­lik­dir. Bir yox, iki yox, bir çox ko­man­do briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqa­da­lar­da xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq”. Bu çıxış Azər­baycan ictimaiyyətinə ölkə başçısının Vətən müharibəsində xalqa müraciətlərini xatır­latdı: xalq hər müraciətdə qələbə ovqatı yaşayırdı. Hadrut səfəri həmin ovqatın davamı kimi izlənildi.

İşğaldan azad edilmiş ərazilərə səfərlər, səfərlərin mahiyyəti Vətən müharibəsində qaza­nı­lan Zəfərin məntiiqi davamıdır. Azərbaycan qüdrətli orduya malikdir. Bu qüdrət Vətən mü­ha­ribəsində böyük Zəfər qazandı. Hadrut səfəri bu qüdrətin yüksəldildiyinin zəmanətidir.

Ölkə başçıısının Hadruta səfəri ordu quruculuğunun kəsilməz proses olduğunu təs­diq­lə­di. O da təsdiqləndi ki, bu sahəyə indi daha böyük diqqət yetirilir.

Belə səfərlər, konkret olaraq Hadrut səfəri Azərbaycan ordusunun qüdrətini da­ha da artı­ran səfər oldu.

Hansı səbəblərə görəsə, hansı amillərə ümidə görəsə üçtərəfli bəyanatın şərt­lə­­rinə əməl etmək istə­mə­yən Ermənistan da, onu dəstəkləyən dövlətlər də Azərbaycan Respub­li­kasının Pre­­zidenti Cənab İlham Əliyevin Hadrut səfərindən, bu səfərdə çıxışından sonra üçtərəfli bəyanatın şərt­lərini tam yerinə yetirməməyin məsuliyyətini dərk etməlidir.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı