Ötən ilin noyabrında yazılan Zəfər tarixi əbədiyyən yaşadılacaq!

Mahiyyət baxımından Vətən mmüharibəsi 1988-ci ilin fevralından – ermənilər Ağdam­da Əli ilə Bəxtiyarı güllə ilə öldürəndən başlayıb. Xalq bu müharibənin əsgəri olmağı özünə mə­nəvi borc bilib. Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də xalq əsgərləş­miş­di. Birinci Qarabağ müharibəsində siyasi vəziyyət də, dövlətçilikdə yol verilən nöqsanlar da, milli qarşıdurmalar da, şəxsi ambisiyalar da uğurlu hərbi əmliyyatlar aparmağa imkan ver­mir­di. Bunun nəticəsiydi ki, qısa müddətdə 20 faiz ərazimiz işğal olundu. Kimiydi müqəssir? Bunu tarixin öhdəsinə buraxaq...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunda əsaslı dönüş yaradıldı, aparılan islahatlar qısa müddətdə ordunun ni­zami ordu kimi formalaşmasını təmin etdi. Horadiz əməliyyatı ordunun qələbə ruhunu daha da artırdı. Qazanılan qələbə ordunun qadirliyinə böyük inam yaratdı...

Azərbaycan Respublukasının Prezidenti Cənab İlham Əliyev ordu quruculuğu istiqamə­tin­də də Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirdi. Ordu quruculuğunda həyata keçirilən genişmiqyaslı islahatlar, müxtəlif təyinatlı təlimlər şəxsi heyətin döyüş hazırlığını, Ali Baş Ko­man­danın ön xətdə, səngərlərdə hərbi xidmətdə fərəqlənənləri təltif etməsi şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəldirdi. BMT Təhlükəsizlik Şurasının məlum qətna­mə­lərini yerinə yetirməyən Ermənistan ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin tövsi­yə­lərinə də məhəl qoymurdu, regionda status-kvonu saxlamaq üçün danışıqlardan yayınıırdı. Azərbay­ca­nın xariici siyasəti bu vəziyyətlə barışmazdı. Azərbaycan Respublikasının Prezi­den­ti Cə­nab İlham Əliyev demişdi: "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan əra­zi­­sin­­də ikin­ci erməni dövlətinin yaranmasına imkan verməz". Bu qətiyyət Ermənistanın xarici siyasətini dəyişdirməli idi. Ermənilik xisləti buna imkan vermədi....

Atəşkəs elan ediləndən Vətən müharibəsinə kimi Ermənistan atəşkəsə əməl etmədi, tə­mas xəttində irili-xırdalı təxribatlar törətməkdə davam etdi. 2016-cı ilin aprelində belə təx­ri­batlardan birinin qarşısı alındı, düşmən min hektarlarla ərazidən çıxarıldı. Ermənistan 2020-ci ilin iyulunda To­vuz rayonu istiqamətində dövlət sərhədlərimizi pozdu, Azərbaycanın ordu hissələri bu hücumun da qarşısını qətiyyətlə aldı.

Ermənistan 2020-ci ilin sentyabrın 27-də bütün istiqamətlərdən müxtəlif təyinatlı silah­lar­la hücum etdi. Ordu hissələrimiz bu hücumun da qarşıısını qətiyyətlə aldı. Azərbaycan Res­pub­likasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əlievin əmri ilə əks-hücum əmə­liy­yatı başladı. Bu əmr Vətən müharibəsinin döyüş əmri idi...

Ermənistan işğal etdiyi ərazilərdə müdafiə məqsədi ilə mühəndis-istehkam sistemi yarat­mış, 28 il onu təkmilləşdirmş, möhkəmlətmişdi. Vətən müharibəsi başlayanda Azərbay­can Or­dusu düşmənin ümid yerlərindən biri olan müdafiə səddini darmadağın etdi. Müdafiə sistemi yarılan düşmən ardıcıl mövqe məğlubiyyətlərinə məruz qalırdı. Azərbaycan əsgəri döyüşə-dö­yü­şə qələbə qazanır, qələbə qazana-qazana döyüşürdü. Strateji yüksəkliklər, yaşayış məntə­qə­ləri içşğaldan azad edilirdi.

Ermənistan döyüşdə məğlubiyyətlərinin acısını mülki əhalidən çıxmağa cəhd göstərir, Gən­cə, Mingəçevir, Tərtər, Bərdə şəhərlərinə müxtəlif qadağan olunmuş raket zərbələri vurur­du. Beynəlxalq ictimaiyyət buna reaksiya verirdi, ancaq belə reaksiyalar işğalçı dövləti niy­yə­tin­dən çəkindirmirdi.

Azərbaycan Respublukasının Prezidenti Cənb İlham Əliyev xalqa müraciətində demiş­di: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qova­cağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını güclən­dir­dik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.

Xalq bu qüruru böyük könül xoşluğu ilə yaşadı...

Vətən müharibəsi xalqın müharibəsi idi. Obrazlı şəkildə desək, azərbaycançılığın ermə­ni­liklə döyüşü idi. Vətənpərvərlik işğalçılığa qalib gəldi. Bu Zəfər həm torpaqalrımızın işğal­dan azad edilməsi ilə nəticələndi, həm də Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi.

BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun illlərlə həll edə bilmədiyi prob­­lemi Azərbaycan Ordusu döyüşlə həll etdi. Bu fakt təsdiqlədi ki, Azərbaycan Ordusu güclü­dür, qüdrətlidir, onun qüdrətini beynəlxaq təşkilatlar da etiraf etdi...

“Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi möv­cud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində di­riltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət ya­ratsın. Ancaq Azərbaycanda yox! Bu məsələ artıq öz həllini tapdı” – kəlamları Vətən müha­ri­bəsinin mahiyyəti baxımından tarixi tezis kimi anlaşıldı, tarixə yazıldı. Tarix bu tezisləri qalib dövlətin qadirliyinin sənədi bildi...

Vətən müharibəsi haqqın, ədalətin müharibəsi idi, Xeyirin Şərə qarşı döyüşləri idi.

Azərbaycan Vətən müharibəsində tək deyildi. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyirdi: “Azərbaycan tək deyil”. Vətən müharibəsində bu fikir öz təsdiqini geniş miq­yasda tapdı. “Bay­raktar”lar da Vətən müharibəsinin əsgəri oldu. Düşmən də, onun hava­darları da gördü ki, Azərbaycanın sevinci Türkiyənin sevincidi, Azərbaycanın ağrı-acıları Tür­kiyənin ağrı-acı­larıdı. Hələ Vətən müharibəsindən əvvəl Azərbaycan Ordusnunu yaranma­sı­nın və Ba­kı­nın iş­ğal­dan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlarda Türkiyə Respublikasının Pre­zidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, çıxışı bir daha təsdiqlədi ki, Azərbaycanla Türkiyə böyük tarixi şəxsiyyət Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlətdir...

Zəfərdən sonra Bakıda keçirilən Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında dedi: “Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının su­larına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələn­çay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qa­ra­bağ şikəstəsini oxuyan nəfəslər daha yük­sək, daha güclü olacaqdır”. Bu kəlamlar qalib dövlətə, qardaş qalib dövlətə eh­ti­ram­dır, həm də onun gücünə, qüdrətinə inamdır, güvəncdir...

Vətən müharibəsi Türkiyə - Azərbaycan münasibətlərinin ötən əsrin əvəllərində yaşa­nı­lanların məntiqi davamı oldu. Türkiyənin istiqlal savaşında Azərbaycan Türkiyənin yanında oldu, Qafqaz İslam Ordusu Bakını bolşevik-eserlərdən təmizlədi. XXI əsrin ilk qərinəsində erməniliyin qəti məğlubiyyəti döyüşlərində də bu iki qardaş dövlət bir oldu, bir amalın icra­çı­la­rı kimi...

Vətənn müharibəsi bütün azərbaycanlıları əsgərləşdirmişdi. Bu birlik Vətən mü­ha­ri­bəsinin ədalətli müharibə kimi tarixləşdirdi, qazanılan Zəfəri haqqın,ədalətin Zəfəri kimi tarixləşdirdi.

Azərbaycan Respublikasının Prezidenti Müzəffər sərkərdə Cənab İlham Əliyev xalqa mü­­­ra­ciə­tində dedi: “Biz nəinki XXI əsrin mü­ha­ribəsini nümayiş etdirmişik, biz dünyada heş vaxt olma­yan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehka­mı­nın qar­şı­sında biz pe­şəkarlıq, məharət, güc, hərbi elm qoy­duq və düşməni tor­paq­larımızdan qov­duq”.

Şəhidliyə ehtiramı milli-mənəvi də­yərlər sisteminin başlıca tərkib hissəsi bilən Azərbay­can Respublikasının Prezidenti, Müzəffər sərkərdə Cənab İlham Əliyev şəhidlərə, şəhidliyə, şəhid ai­­lə­lərinə hə­mi­şə böyük ehtiram göstərib. Ölkə başçısı xalqa müraciətində şəhidləri xatırlayaraq dedi: “...Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı iş­ğal­çı­lar­dan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və iğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğa­lan­dı­rıb. Bu, bizim hamı­mı­zın qələbəsidir, bütün Azərbaycan xalqının. Azər­bay­can xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər və­tən­pərvər xalqdır, nə qədər dəmir iradəyə ma­lik olan xalqdır”.

Ermənistan xisləti etibarilə bəşəriliyin düşmənidir. O, işğal etdiyi ərazilərdə bütün bina­la­rı, evləri, mədəniyyət abidələrini dağıtmışdı. Azərbaycan Respublukasının Prezidenti Cənab İl­ham Əliyev işğaldan azad edilmiş ərazilərdə olanda xalqa müraciətlərində bu amilə də diqqət çəkir, erməniliyin nəticələrinin aradan qaldırılacağını, şəhərlərin, kəndlərin yenidən qurulaca­ğı­nı bildirirdi: “Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məs­cid­dən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir et­mək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz sax­la­yırdı...”. Ölkə başçısı daha sonra deyib: “Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlü­kə­li tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəd­düd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilməlidir...”.

Vətən müharibəsinin başa çatması Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin üçtərəfli sazişilə yekunlaşdı. Ərazidə sülhü qorumaq qarşılıqlı razı­laş­maya görə Rusiyanın sülhməramlılarına həvalə edildi, Rusiyanın sülhməramlıları sülhü qo­ru­yurmu, qorumaq istəyirmi, istəmirsə niyə? Suallar çoxdur. Bunu Azərbaycan Respublika­sının Prezidenti Cənab İlham Əliyev də bildirib: “Bizim narazılığımız da var, iradlarımız da var - ilk növbədə, xarici vətəndaşların ərazimizə qanunsuz olaraq gəlməsi ilə bağlı. Azərbaycan rəsmi olaraq dəfələrlə bu məsələni qaldırmışdır. Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan o bölgələrə heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz, bizdən icazə alınmalıdır...”. Bu qətiyyət Zəfərin davamıdır. Bu Zəfər ona görə tarixi Zəfərdir...

Vətən mmüharibəsinin başlanmasının birinci ildönümü Anım günü kimi qeyd edildi. Bu da tarixə tarixi sədaqətin nəticəsidir. Həmin gün Vətən müharibəsində Azərbaycanın ərazi bü­töv­lüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətən­daş­la­ra və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Anım Günü”ə həsr olunmuş yürüş təşkil edildi. Bu yürüş və belə yürüş tarixi yürüş kimi bütün dünyanın bəşəri düşüncəlilərinin yaddaşında illərlə yaşayacaq.

Dövləti­mi­zin başçısı şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində inşa olunacaq Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlqoyma məra­si­mində iştirak etdi...

8 noyabr da tarixdir, 10 noyabr da. Hər iksinin başlanğııcı 27 sentyabrdır...

27 sentyabr tarixi gündür, Bu günü hər birimiz arzulayırdıq. Hər birimiz arzuladığımız günün mahiyyəti kimi işləyəcəyik, yaşayacağıq. Vətəni bu tarixi günlərin mahiyyəti səviyyəsində sevirik...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı