Oxucularımıza gözaydınlığı veririk

2021-ci ilin avqustunda Azərbaycanda mobil və genişzolaqlı internetdə yükləmə sürəti müvafiq olaraq orta hesabla 39,25 meqabit/saniyə və 25,36 meqabit/saniyə təşkil edib. Bu barədə "Ookla" şirkəti məlumat verib. Qeyd olunur ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,01 meqabit və 1,28 meqabit artıb. Eyni zamanda, avqustda mobil şəbəkə üzrə məlumatların yüklənməsi sürəti iyulla müqayisədə 5,4 faiz artıb. Genişzolaqlı internetin sürəti iyulla müqayisədə 5 faizdən çox artıb.

Qeyd edək ki, dünyada mobil internetin orta sürəti 56,74 meqabit/saniyəyə bərabər olub. Azərbaycan mobil internet sürətinə görə, 137 ölkə arasında 62-ci yerdə, genişzolaqlı internet sürətinə görə, 181 ölkə arasında 121-ci olub.