PKK-dan Suriyaya raket hücumu: 17 yaralı

PKK terror təşkilatı Suriyanın şimalındakı Əl-Bab rayonuna raket zərbələri endirib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, 5 dəqiqəlik fasilələrlə 10-dan çox raket hücumu həyata keçirilib. Hücum nəticəsində 17 nəfər yaralanıb.