Polad Həşimovun şəhid olmasından bir il ötür

Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun şəhid olmasının birinci ildönümüdür. Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi 2020-ci ilin iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olub. Onunla birlikdə polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə də şəhid olublar.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən ilin dekabrın 9-da imzaladığı sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.