“Prezidentin saytına saniyədə 4 milyondan çox hücum olub”

“Azərbaycan antiterror tədbirlərinə başlayandan bəri bir sıra dövlət qurumlarına kiberhücumlar olub. Təkcə Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDOS hücum qeydə alınıb”.

Sabahinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.

T.Məmmədov qeyd edib ki, xidmət mütəxəssisləri onların qarşısını alır:

“Bu istiqamətdə fəaliyyətimizi gücləndirilimiş rejimdə davam etdiririk”.