Hər il yüz minlərlə cütlüyün evliliyinə son qoyması münasibətlərdəki dözümlülüyün arxasındakı sirləri yenidən müzakirəyə açdı. "Birlikdə böyümək üçün gənc yaşda mı addım atılmalı, yoxsa karyera və şəxsi həyatda sabitliyi gözlənməli?" sualına psixoloqlar cavab verib. Aparılan genişmiqyaslı araşdırmalar evlilik yaşı ilə ayrılıq ehtimalı arasında təəccüblü bir əlaqə olduğunu üzə çıxarıb. Mütəxəssislər boşanma riskinin ən aşağı olduğu ideal bir "rahatlıq zonası" müəyyən edib, bu yaşdan aşağı və ya yuxarı edilən evliliklərin çox kövrək olduğunu vurğulayırlar.
Sabahinfo.az xəbər verir ki, psixoloqların açıqladığı statistikaya görə, evlənmək üçün zehni və emosional baxımdan ən təhlükəsiz dövr 28 ilə 32 yaş arasıdır. 25 yaşında ailə həyatı quran bir şəxsin boşanma ehtimalı 20 yaşında evlənən biri ilə müqayisədə 50 faizdən daha az müşahidə olunur. Əksər gənc cütlüklərin uğurlu bir evlilik davam etdirmək üçün lazım olan psixoloji yetkinliyə, böhran idarəetmə bacarıqlarına və sosial dəstəyə hələ sahib olmadığı ifadə edilir. 32 yaşınadək gözlənilən hər il evlilik sonrası ayrılıq riskini 11 faiz azatsa da, bu qoruyucu təsir sonsuza qədər davam etmir və müəyyən bir həddən sonra tənlik tamamilə əksinə dönür.
32 yaşından sonra hər il risk 5 faiz artır
Əvvəlki inancın əksinə olaraq, evlənmək üçün nə qədər çox gözlənilərsə, münasibətin bir o qədər möhkəm olacağı düşüncəsi statistika ilə təkzib edildi. Psixoloqlar kritik həddin 32 yaş olduğunu qeyd edirlər. 25 yaş altı evliliklər ayrılığa və uyğunsuzluq problemlərinə ən çox meyilli dövr olaraq görülsə də, 28-32 yaş arası cütlüklərin evliliyi davam etdirmə ehtimalının ən yüksək olduğu ideal aralıq qəbul edilir.
Lakin 32 yaşından sonra evlənilən hər əlavə il üçün boşanma riski 5 faiz artım göstərir. 38 yaşında nikah masasına oturan bir cütlük statistik olaraq 30 yaşında evlənənlərə görə daha kövrək bir təməldə başlayır. Bunun səbəbi sevgi əksikliyi deyil, fərdlərin oturmuş həyat rejimləri və keçmişdən gətirdikləri baqajlar olur.
Yaş xaricində evliliyi çətinləşdirən digər amillər
Münasibət mütəxəssisi psixoloqlar gec yaşda edilən evliliklərdə riskin artmasını birbaşa həyat təcrübələri ilə əlaqələndirirlər. Əvvəlki münasibətlərdən qalan maliyyə öhdəlikləri və ya uşaqlı həyat yeni evliliyin balansını poza bilir, otuzlu yaşların ortalarına qədər tək yaşamğa öyrəşən fərdlər ortaq bir yaşayış sahəsi yaradarkən güzəştə getməkdə çətinlik çəkir.
Həmçinin gec yaşda potensial həyat yoldaşı seçimlərinin azalması fərdləri bəzən "tam uyğunluq" əldə edə bilmədikləri şəxslərlə evlənməyə sövq edə bilər. Mütəxəssislər yenə də bütün bu statistikanın ümumi sosial meyilləri əks etdirdiyini, düzgün ünsiyyət və qarşılıqlı anlayışla hər yaşda güclü bir yuva qurmağın mümkün olduğunu xatırladırlar.